[email protected] +994 99 303 07 01
May 31, 2026 - Paylaşdı: Admin

“Compressors” sessiyası uğurla baş tutdu.

📢 “Gələcəyin Mühəndisləri” təqaüd proqramı çərçivəsində keçirilən “Compressors” sessiyası uğurla baş tutdu.

⚡️ Sessiya zamanı iştirakçılara kompressorların iş prinsipi, sənayedə tətbiqi, performans göstəriciləri və təhlükəsiz istismar qaydaları haqqında geniş və ətraflı məlumat verildi.

📌 Kompressorların əsas funksiyası və iş prinsipi (qazın təzyiqinin artırılması və proseslərdə rolu)
📌 Kompressorların iş rejimləri, performans göstəriciləri və çıxış təzyiqi–axın əlaqəsi
📌 Surge hadisəsi, yaranma səbəbləri və kompressor sisteminə təsirləri
📌 Anti-surge sistemləri və interstage cooler kimi avadanlıqların rolu (təhlükəsiz və effektiv istismar üçün)

💡 Sessiya praktiki nümunələr və izahlarla zənginləşdirildi, iştirakçıların sualları ətraflı şəkildə cavablandırıldı.

🤝Dəyərli bilik və təcrübəsini iştirkçılarla bölüşdüyünə görə Əfsanə Sayılovaya təşəkkür edirik.

📲 Siz də belə seminar və təlimlərdən xəbərdar olmaq, yeni layihələrə qoşulmaq istəyirsinizsə, səhifəmizi izləməyi və WhatsApp/Telegram qruplarımıza qoşulmağı unutmayın. 🚀