📢 “Yay İnkişaf Proqramı” çərçivəsində keçirilən “Chemical Engineering Thermodynamics” təlimi uğurla başa çatdı.
Sessiya zamanı iştirakçılar termodinamikanın əsas prinsipləri, enerji balansı, istilik ötürülməsi, entalpiya, entropiya və kimya mühəndisliyində termodinamikanın tətbiq sahələri ilə tanış oldular. Təlim nəzəri biliklərlə yanaşı, praktik nümunələr və interaktiv müzakirələrlə zənginləşdirildi.
📌 Təlim çərçivəsində:
📍 Kimyəvi termodinamikanın əsas anlayışları;
📍 Enerji və maddə balanslarının tətbiqi;
📍 İstilik və iş çevrilmələrinin təhlili;
📍 Mühəndislik məsələlərinin termodinamik yanaşma ilə həlli;
💡 Sessiya iştirakçıların nəzəri biliklərini möhkəmləndirməklə yanaşı, onların analitik düşünmə və mühəndislik yanaşmalarının inkişafına da töhfə verdi.
🤝 Dəyərli bilik və təcrübəsini iştirakçılarla bölüşdüyünə görə Xəyyam Quliyevə təşəkkürümüzü bildiririk.
📲 Siz də bu kimi təlim və inkişaf proqramlarından xəbərdar olmaq, yeni layihələrə qoşulmaq istəyirsinizsə, səhifəmizi izləməyi unutmayın. 🚀


September 09, 2026 - Paylaşdı: Admin