[email protected] +994 99 303 07 01
September 12, 2026 - Paylaşdı: Admin

“Business Analyst kimdir?” mövzusunda onlayn seminar uğurla başa çatdı.

📢 Azərbaycan Mühəndislər Birliyi tərəfindən İnformasiya Texnologiyaları üzrə keçirilən “Business Analyst kimdir?” mövzusunda onlayn seminar uğurla başa çatdı.

💻 Seminar zamanı iştirakçılar Business Analyst peşəsi, bu rolun İT layihələrindəki əhəmiyyəti, tələb olunan bacarıqlar və karyera inkişaf imkanları haqqında ətraflı məlumat əldə etdilər.

💡 Seminar interaktiv şəkildə keçirilərək real iş nümunələri və faydalı müzakirələrlə zənginləşdirildi. İştirakçıların sualları ətraflı şəkildə cavablandırıldı.

🤝 Dəyərli bilik və təcrübəsini iştirakçılarla bölüşdüyünə görə Ceyhun Gəncəliyə təşəkkür edirik.

📲 Siz də belə seminar və təlimlərdən xəbərdar olmaq, yeni biliklər əldə etmək və
layihələrdə iştirak etmək istəyirsinizsə, səhifəmizi izləməyi, WhatsApp və Telegram qruplarımıza qoşulmağı unutmayın. 🚀