📢 Azərbaycan Mühəndislər Birliyi tərəfindən Ekologiya Mühəndisliyi üzrə keçirilən “Biomüxtəlifliyin qorunması və ekosistemlərin idarə olunması” mövzusunda onlayn seminar uğurla başa çatdı!
💻 Sessiya zamanı iştirakçılara təbiətin təqdim etdiyi ekosistem xidmətləri, COP tədbirlərinin gündəliyi, Qafqaz ekoregionunun biololoji zənginliyi və növlərin qorunmasında canlıların kritik rolu barədə ətraflı məlumat verildi.
📍 Müzakirə olunan əsas mövzular:
📌 Ekologiyanın baza anlayışları və beynəlxalq COP tədbirləri proqramı
📌 Ekosistem xidmətlərinin 4 əsas istiqaməti
📌 Qafqaz ekoregionunun flora-fauna zənginliyi və üzləşdiyi başlıca təhdidlər
📌 Quşların ekoloji zəncirdəki qiymətsiz rolu
📌 Ekosistemin idarə olunmasında canlıların fərqli funksiyaları
💡 Sessiya analitik yanaşmalar, real statistik faktlarla zənginləşdirildi, iştirakçıların sualları ətraflı cavablandırıldı.
🤝 Dəyərli bilik və təcrübəsini iştirakçılarla bölüşdüyünə görə təlimçi Zülfü Fərəcliyə təşəkkür edirik!
📲 Siz də belə seminar və sessiyalardan xəbərdar olmaq, yeni layihələrə qoşulmaq istəyirsinizsə, səhifəmizi izləməyi unutmayın. 🚀
September 12, 2026 - Paylaşdı: Admin