[email protected] +994 99 303 07 01
June 01, 2026 - Paylaşdı: Admin

“Biomüxtəlifliyin monitorinqi” seminarı uğurla başa çatdı.

📢 “Gələcəyin Mühəndisləri” proqramı çərçivəsində keçirilən “Biomüxtəlifliyin monitorinqi” seminarı uğurla başa çatdı.

⚡️ Seminar zamanı iştirakçılara biomüxtəlifliyin qorunması, ekoloji monitorinq üsulları və ekosistemlərin davamlılığı haqqında geniş və ətraflı məlumat verildi.

📌 Biomüxtəlifliyin monitorinqi anlayışı
📌 Ekoloji monitorinq mərhələləri
📌 Flora və faunanın tədqiqi
📌 Bitkilərin ekosistemdə rolu
📌 Heyvanların ekosistemdə əhəmiyyəti
📌 Adaptasiya və ekoloji qruplaşma
📌 Neft dağılmalarının biomüxtəlifliyə təsiri

💡 Seminar praktiki nümunələr və izahlarla zənginləşdirildi, iştirakçıların sualları ətraflı şəkildə cavablandırıldı.

🤝 Dəyərli bilik və təcrübəsini iştirakçılarla bölüşdüyünə görə Mehriban Ələsgərovaya təşəkkür edirik.

📲 Siz də belə seminar və təlimlərdən xəbərdar olmaq, yeni layihələrə qoşulmaq istəyirsinizsə, səhifəmizi izləməyi və WhatsApp/Telegram qruplarımıza qoşulmağı unutmayın. 🚀