[email protected] +994 99 303 07 01
September 26, 2026 - Paylaşdı: Admin

“Bank Ödəniş Sistemləri və İnteqrasiya Prosesləri: Business Analyst-in Rolu” mövzusunda onlayn seminar uğurla başa çatdı.

📢 Azərbaycan Mühəndislər Birliyi tərəfindən İnformasiya Texnologiyaları üzrə keçirilən “Bank Ödəniş Sistemləri və İnteqrasiya Prosesləri: Business Analyst-in Rolu” mövzusunda onlayn seminar uğurla başa çatdı.

💻 Seminar zamanı iştirakçılar bank ödəniş sistemlərinin iş prinsipi, əsas inteqrasiya komponentləri, Business Analyst-in bu proseslərdə rolu və real layihələrdə tələblərin analizi haqqında ətraflı məlumat əldə etdilər.

💡 Seminar praktiki yanaşmalar və faydalı müzakirələrlə zənginləşdirildi. İştirakçıların sualları ətraflı şəkildə cavablandırıldı.

🤝 Dəyərli bilik və peşəkar təcrübəsini iştirakçılarla bölüşdüyünə görə Abdulla Qurbanlıya təşəkkür edirik.

📲 Siz də belə seminar və təlimlərdən xəbərdar olmaq, yeni biliklər əldə etmək və layihələrdə iştirak etmək istəyirsinizsə, səhifəmizi izləməyi, WhatsApp və Telegram qruplarımıza qoşulmağı unutmayın. 🚀