[email protected] +994 99 303 07 01
May 31, 2026 - Paylaşdı: Admin

“Bərpa olunan enerji mənbələri və mühəndislik dizaynının əsasları” mövzusunda seminar uğurla baş tutdu.

📢 Sumqayıt Dövlət Universitetində keçirilən “Bərpa olunan enerji mənbələri və mühəndislik dizaynının əsasları” mövzusunda seminar uğurla baş tutdu.

🌱 Seminar zamanı iştirakçılara bərpa olunan enerji sistemləri, layihələndirmə prinsipləri və bu sahədə qarşıya çıxan əsas çətinliklər barədə ətraflı məlumat verildi.

📌 Bərpa olunan enerji sistemlərinə giriş
📌 Bərpa olunan enerji layihələrinin həyat dövrü
📌 Layihələndirmənin əsasları
📌 Şəbəkəyə inteqrasiya zamanı yaranan çətinliklər
📌 Layihələrin iqtisadi əsasları və seçimə təsir edən amillər

💡 Seminar iştirakçılara bərpa olunan enerji sahəsini daha dərindən anlamağa və bu istiqamətdə biliklərini genişləndirməyə imkan yaratdı.

🤝 Seminarın həyata keçirilməsində göstərilən dəstəyə görə Qurban Qurbanova təşəkkür edirik.

📲 Siz də belə seminar və təlimlərdən xəbərdar olmaq, yeni layihələrə qoşulmaq istəyirsinizsə, səhifəmizi izləməyi və WhatsApp/Telegram qruplarımıza qoşulmağı unutmayın. 🚀