🎓 Azərbaycan Mühəndislər Birliyinin “Üzvlük Proqramı” çərçivəsində Qida mühəndisliyi departamenti üzrə keçirilən “Böhran vəziyyətlərində Qida Təhlükəsizliyi: Məhsulun bazardan geri çağırılması (Product Recall) və İzlənilə bilmə (Traceability) simulyasiyası” seminarı uğurla başa çatdı!
Seminar zamanı iştirakçılara qida təhlükəsizliyi böhranlarının idarə olunması, məhsulların bazardan geri çağırılması, izlənilə bilmə sistemlərinin tətbiqi və geri çağırılma prosesinin mərhələləri haqqında ətraflı məlumat verildi.
📌 Müzakirə olunan əsas mövzular:
🔹 Məhsulun bazardan geri çağırılması (Product Recall)
🔹 İzlənilə bilmə sistemləri (Traceability)
🔹 Geri çağırılma prosesinin mərhələləri
🔹 Qida təhlükəsizliyi böhranlarının idarə olunması
🔹 Praktiki simulyasiya və real situasiyaların təhlili
💡 Seminar çərçivəsində interaktiv müzakirələr aparıldı, iştirakçıların sualları cavablandırıldı və mövzu ilə bağlı bilik və təcrübə mübadiləsi həyata keçirildi.
Bu dəyərli və peşəkar təqdimat üçün təlimçimiz Namaz Ağalarova təşəkkür edirik! 💙
Elanlarımızdan daha aktiv şəkildə xəbərdar olmaq üçün səhifəmizi izləməyi və WhatsApp/Telegram qruplarımıza qoşulmağı unutmayın!



November 07, 2026 - Paylaşdı: Admin