[email protected] +994 99 303 07 01
November 13, 2025 - Paylaşdı: Admin

“Azərbaycan Dəmir Yolları” QSC-nin Elektrik Təchizatı Xidmətinin 7 nömrəli Ucar Elektrik Təchizatı Sahəsinin dəyişən cərəyanlı Ləki dartı yarımstansiyasına maraqlı və maarifləndirici texniki gəzinti təşkil olunub!

📢 Azərbaycan Mühəndislər Birliyi tərəfindən tələbələr üçün “Azərbaycan Dəmir Yolları” QSC-nin Elektrik Təchizatı Xidmətinin 7 nömrəli Ucar Elektrik Təchizatı Sahəsinin dəyişən cərəyanlı Ləki dartı yarımstansiyasına maraqlı və maarifləndirici texniki gəzinti təşkil olunub! ⚡️


Gəzinti zamanı iştirakçılar yarımstansiyanın fəaliyyəti ilə yaxından tanış olub, transformatorların və digər cihazların iş prinsipləri, elektrik sxemləri və enerji ötürülməsi prosesləri barədə ətraflı məlumat əldə ediblər. 🔌


Bununla yanaşı, tələbələr transformatorları və digər avadanlıqları əyani şəkildə müşahidə etmək imkanı qazanıblar. ⚙️


Gəzintinin təşkili üçün “Azərbaycan Dəmir Yolları” rəhbərliyinə və Ləki dartı yarımstansiyasının kollektivinə göstərdikləri qonaqpərvərlik üçün dərin təşəkkürümüzü bildiririk.


🔷 Texniki gəzintilərimiz və digər fəaliyyətlərimizdən xəbərdar olmaq üçün səhifəmizi izləməyi, eləcə də WhatsApp və Telegram qruplarımıza qoşulmağı unutmayın! 💙