📢 Azərbaycan Mühəndislər Birliyi tərəfindən Kimya Mühəndisliyi üzrə keçirilən “Aspen HYSYS” adlı online təlim uğurla başa çatdı!
“Aspen HYSYS” mövzusunda keçirilən təlimdə iştirakçılar proses simulyasiyası və modelləşdirilməsi sahəsində mühüm biliklər əldə etdilər. Təlim zamanı Aspen HYSYS proqramının imkanları, proseslərin qurulması və müxtəlif avadanlıqların simulyasiyası ilə bağlı praktiki məlumatlar təqdim olundu.
Təlim çərçivəsində:
🔷 Aspen HYSYS proqramına ümumi baxış və əsas funksiyalar
🔷 Proses axın sxemlərinin (Flowsheet) qurulması
🔷 Material və enerji axınlarının yaradılması və idarə olunması
🔷 Termodinamik modellərin və komponentlərin seçilməsi
🔷 Müxtəlif proses avadanlıqlarının HYSYS-də modelləşdirilməsi
🔷 Distillə, separator, kompressor, nasos və digər qurğuların simulyasiyası
🔷 Proses parametrlərinin təyin edilməsi və nəticələrin analizi
🔷 Proses simulyasiyası zamanı qarşılaşılan problemlər və onların həlli
🔷 Aspen HYSYS-in real sənaye proseslərində tətbiqi
🔷 Kimya mühəndisləri üçün proses simulyasiyasının əhəmiyyəti
🔷 Sual-cavab sessiyası
mövzuları müzakirə olundu.
Təlimdə iştirak edən hər kəsə təşəkkür edir, təlimçimizə isə dəyərli bilik və təcrübəsini bizimlə bölüşdüyü üçün minnətdarlığımızı bildiririk! 💙
➡️ Siz də bu kimi seminar və təlimlərdən xəbərdar olmaq, yeni biliklər əldə etmək, peşəkar mütəxəssislərlə tanış olmaq və müxtəlif layihələrdə iştirak etmək istəyirsinizsə, səhifəmizi izləməyi, həmçinin WhatsApp və Telegram qruplarımıza qoşulmağı unutmayın! 🚀

September 27, 2026 - Paylaşdı: Admin