🎓 AZMİİB ÜZVLƏRİ ÜÇÜN SERTİFİKATLI SEMİNAR
Azərbaycan Mühəndislər Birliyinin “Üzvlük Proqramı” çərçivəsində Elektronika mühəndisliyi üzrə keçirilən “Analoq və Rəqəmsal Elektronika” seminarı uğurla başa çatdı!
Seminar zamanı iştirakçılara analoq və rəqəmsal elektronikanın əsas prinsipləri, onların iş prinsipləri, elektron siqnalların xüsusiyyətləri, analoq və rəqəmsal sxemlərin quruluşu və tətbiq sahələri haqqında ətraflı məlumat verildi.
📌 Müzakirə olunan əsas mövzular:
🔹 Analoq və rəqəmsal elektronikanın əsas anlayışları
🔹 Analoq və rəqəmsal siqnalların fərqləri
🔹 Elektron komponentlər və onların iş prinsipləri
🔹 Məntiq elementləri və rəqəmsal sxemlər
🔹 Analoq və rəqəmsal elektronikanın praktiki tətbiq sahələri
💡 Seminar çərçivəsində interaktiv müzakirələr aparıldı, iştirakçıların sualları cavablandırıldı və mövzu ilə bağlı bilik və təcrübə mübadiləsi həyata keçirildi.
Bu dəyərli və peşəkar təqdimat üçün təlimçimiz Əhməd Abdullahzadəyə təşəkkür edirik! 💙
Elanlarımızdan daha aktiv şəkildə xəbərdar olmaq üçün səhifəmizi izləməyi və WhatsApp/Telegram qruplarımıza qoşulmağı unutmayın!


November 23, 2026 - Paylaşdı: Admin