[email protected] +994 99 303 07 01
November 06, 2025 - Paylaşdı: Admin

“Alkilləşmə prosesi və seolit əsaslı katalizatorlar” mövzusunda seminar uğurla başa çatdı!

📢 Azərbaycan Mühəndislər Birliyi tərəfindən Üzvlük Proqramı çərçivəsində keçirilən “Alkilləşmə prosesi və seolit əsaslı katalizatorlar” mövzusunda seminar uğurla başa çatdı!

Seminar iştirakçılara alkilləşmə prosesinin mühüm mərhələləri, katalizator seçimi və tətbiqi barədə həm nəzəri, həm də praktiki biliklər qazandırdı. Seminar zamanı real nümunələr üzərində praktiki təcrübələr aparıldı və iştirakçıların elmi bilikləri möhkəmləndirildi.

📍 Seminarın əsas mövzuları:
🔹 Alkilləşmə prosesi haqqında ümumi məlumat
🔹 Seolit əsaslı katalizatorların xassələri və növləri
🔹 Seolit əsaslı katalizatorların tədqiqat metodları
🔹 Alkilləşmə prosesi üçün katalizatorların seçilməsi və tədqiqi
🔹 Alkilatların fiziki-kimyəvi analiz metodları ilə xassələrinin öyrənilməsi
🔹 Yağların özlülüyünün və sıxlığının təyini
🔹 Özlülük indeksinin hesablanması

Seminar zamanı iştirakçıların sualları cavablandırıldı, eləcə də müasir laboratoriya şəraitində praktik nümunələr üzərində iş aparıldı.

Bu dəyərli və faydalı seminar üçün mühəndis Gülər Qasımovaya təşəkkür edirik!

Elanlardan daha tez xəbərdar olmaq üçün səhifəmizi izləməyi və WhatsApp/Telegram qruplarımıza qoşulmağı unutmayın! 💙