📢 Azərbaycan Mühəndislər Birliyi tərəfindən təşkil olunan “Gələcəyin Mühəndisləri” adlı təqaüd proqramı çərçivəsində keçirilən “Aşağı Karbonlu Gələcək üçün Dayanıqlı Enerji Həlləri” təlimi uğurla başa çatdı!
Təlimdə iştirakçılar üçün aşağıdakı əsas mövzular haqqında ətraflı məlumat verildi:
📌 Aşağı karbonlu gələcəyin məntiqi və tələb olunan dəyişikliklər
📌 Dekarbonizasiya strategiyaları
📌 CO₂ emissiyalarının azaldılması üçün əsas yanaşmalar
📌 Yaşıl hidrogen texnologiyaları
📌 Bərpa olunan enerji növləri və onların üstünlükləri
📌 Enerji səmərəliliyi və davamlı enerji sistemləri
Təlim müddətində bu mövzular izah edildi, gənclərin sualları cavablandırıldı.
Faydalı təlimə görə Könül Mirislamlıya təşəkkürümüzü bildiririk.
Elanlardan daha aktiv xəbərdar olmaq üçün səhifəmizi izləməyi və WhatsApp/Telegram qruplarımıza qoşulmağı unutmayın! 💙



July 23, 2025 - Paylaşdı: Admin