Azərbaycan Mühəndislər Birliyi təşkilatçılğı ilə “20 Sentyabr - Neftçilər Günü”nə həsr olunmuş “Gələcəyin Neftçiləri” olimpiadası baş tutub.
Hər komandada 4 nəfər olmaqla 21 komandadan ibarət yarış yekunlaşıb.
Mübarizənin sonunda 1-ci yeri Sevinc Həsənova, Aytac Tağızadə, Nurlan Məmmədov və Mustafa Tükəzban Əliyevanın ADNSU-nu təmsil etdiyi “Kick” komandası tutub. 2-ci yerin qalibi Məryəm Bağırova, Ömər Xəlilov, Rəvan Sadiyev və Qəsəm Mədinə Məmmədlidən ibarət ADNSU-un “GeologyWorks” komandası tutub. 3-cü yerə ADNSU-un Aynur Hüseynova, Ağaxan Nəsirli, Ramin Qədimov və Mirəliəşrəf Ağazadədən ibarət olan “Xəzər” adlı komandası layiq görülüb.
Qaliblərə Azərbaycan Mühəndislər Birliyi tərəfindən kubok, hədiyyələr və diplomlar təqdim olundu.
Olimpiada suallarının hazırlanması və cavabların yoxlanılmasında münsiflər heyyəti qismində Gündüz Mahmudov, Qalib Muradov, Orxan Bayramov və İsrafil Cəbrayılova eləcə də yarışın təşkilində əməyi olan könüllülərimizə təşəkkürümüzü bildiririk!









September 27, 2026 - Paylaşdı: Admin