[email protected] +994 99 303 07 01
November 23, 2026 - Paylaşdı: Admin

“Ətraf mühitin mühafizəsi üzrə qanunvericilik və uyğunluq tələbləri” adlı sertifikatlı seminar uğurla başa çatdı!

Azərbaycan Mühəndislər Birliyinin “Üzvlük Proqramı” çərçivəsində Ekologiya mühəndisliyi üzrə keçirilən “Ətraf mühitin mühafizəsi üzrə qanunvericilik və uyğunluq tələbləri” adlı sertifikatlı seminar uğurla başa çatdı!

Seminar zamanı iştirakçılara ekoloji qanunvericiliyin əsas tələbləri, ətraf mühitə təsirin qiymətləndirilməsi, ekoloji monitorinq, audit prosesləri və qanunvericiliyə uyğunluğun təmin edilməsi üçün zəruri sənədlər haqqında ətraflı məlumat verildi.

📌 Müzakirə olunan əsas mövzular:
🔹 Ekoloji qanunvericilik və onun əsas tələbləri
🔹 Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında qanun
🔹 Ekoloji monitorinq işləri
🔹 Ekoloji audit zamanı nəzərə alınan əsas məsələlər
🔹 Uyğunluğun sübutu üçün zəruri komponentlər
🔹 Qanunvericilikdə tələb olunan sənədlər
🔹 Ətraf mühit qanunlarına əməl etməməyin nəticələri

💡 Seminar çərçivəsində interaktiv müzakirələr aparıldı, iştirakçıların sualları cavablandırıldı və mövzu ilə bağlı bilik və təcrübə mübadiləsi həyata keçirildi.

Bu dəyərli və peşəkar təqdimat üçün təlimçimiz Əbülfəs Allahverdiyevə təşəkkür edirik! 💙

Elanlarımızdan daha aktiv şəkildə xəbərdar olmaq üçün səhifəmizi izləməyi və WhatsApp/Telegram qruplarımıza qoşulmağı unutmayın!