[email protected] +994 99 303 07 01
June 02, 2026 - Paylaşdı: Admin

“Ətraf mühitin mühafizəsi üzrə qanunvericilik və uyğunluq” sessiyası uğurla baş tutdu!

📢 “Gələcəyin Mühəndisləri” proqramı çərçivəsində keçirilən “Ətraf mühitin mühafizəsi üzrə qanunvericilik və uyğunluq” sessiyası uğurla baş tutdu!

📍 Sessiya zamanı iştirakçılar ekoloji qanunvericilik, müəssisələrin hüquqi öhdəlikləri və ekoloji problemlər barədə ətraflı məlumat əldə etdilər.

📍Sessiyanın əsas müzakirə mövzuları:
📌 Ətraf mühit sahəsində əsas qanunlar
📌 Tənzimləyici dövlət qurumları və icazələr
📌 Ətraf mühitə təsirin qiymətləndirilməsi
📌 Ekoloji monitorinq və qeydiyyat işləri
📌 Qanunvericilik pozuntuları və cərimə riskləri
📌 Uyğunluq komponentləri və audit meyarları
📌 Tullantıların idarə olunması

Sessiya iştirakçılar üçün ekoloji normaların praktiki tətbiqi və proseslərin düzgün idarə edilməsi barədə faydalı oldu.

🤝 Dəyərli bilik və təcrübəsini iştirakçılarla bölüşdüyü üçün təlimçi Əbülfəs Allahverdiyevə təşəkkür edirik!

📲 Siz də belə seminar və təlimlərdən xəbərdar olmaq, yeni layihələrə qoşulmaq istəyirsinizsə, səhifəmizi izləməyi və WhatsApp/Telegram qruplarımıza qoşulmağı unutmayın. 🚀