📢 “Yay İnkişaf Proqramı” çərçivəsində keçirilən Ekologiya mühəndisliyi üzrə “Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi Sənədlərinin Hazırlanması” sessiyası uğurla başa çatdı!
⚡ Sessiya zamanı iştirakçılara ƏMTQ prosesinin layihənin planlaşdırılma mərhələsində tətbiqinin zəruriliyi, potensial ekoloji risklərin proqnozlaşdırılması və bu risklərin idarə olunması mexanizmləri barədə ətraflı məlumat verildi.
📌 Müzakirə olunan əsas mövzular:
📍 Ətraf mühitə təsirin qiymətləndirilməsi anlayışı
📍 Ekoloji qanunvericilik və standartlar toplusu
📍 ƏMTQ prosesinin mərhələli icra alqoritmi
📍 Baseline tədqiqatlarının elmi təşkil edilməsi
📍 Təsirin əhəmiyyətlilik dərəcəsinin müəyyən edilməsi
📍 Mitigation Hierarchy və ESMP yanaşmaları
📍 İctimai dinləmələr və şəffaflıq prinsipi
💡 Sessiya analitik yanaşmalar və real layihə təhlilləri ilə zənginləşdirildi, iştirakçıların sualları ətraflı cavablandırıldı.
🤝 Dəyərli bilik və təcrübəsini iştirakçılarla bölüşdüyünə görə təlimçi Əbülfəs Allahverdiyevə təşəkkür edirik.
📲 Siz də belə seminar və sessiyalardan xəbərdar olmaq, yeni layihələrə qoşulmaq istəyirsinizsə, səhifəmizi izləməyi və qruplarımıza qoşulmağı unutmayın. 🚀

September 09, 2026 - Paylaşdı: Admin