📢 “Yay İnkişaf Proqramı” çərçivəsində keçirilən Ekologiya mühəndisliyi üzrə “Şirkətlərdə Dayanıqlılıq Strategiyası” sessiyası uğurla başa çatdı!
⚡ Sessiya zamanı iştirakçılara dayanıqlılıq strategiyasının biznes üçün əhəmiyyəti, risklərin idarə olunması və uzunmüddətli dəyər yaradılması barədə ətraflı məlumat verildi.
📌 Müzakirə olunan əsas mövzular:
📍 Dayanıqlı inkişaf və biznes yanaşmaları
📍 Dayanıqlı strategiyanın əsas elementləri
📍 Goal, Target və KPI arasındakı fərqlərin təhlili
📍 Strategiyanın tədbirlər planı və idarəetmə ilə əlaqələndirilməsi
📍 Dayanıqlılıq hesabatı və “greenwashing” riskinin qiymətləndirilməsi
📍 Stakeholder-lərin müəyyənləşdirilməsi və onların qarşılıqlı təsiri
📍 Double materiality prinsipi
📍 Greenwashing-dən qaçınmağın yolları və etibarlı kommunikasiya
💡 Sessiya analitik yanaşmalar və real biznes təhlilləri ilə zənginləşdirildi, iştirakçıların sualları ətraflı cavablandırıldı.
🤝 Dəyərli bilik və təcrübəsini iştirakçılarla bölüşdüyünə görə Könül Mirislamlıya təşəkkür edirik.
📲 Siz də belə seminar və sessiyalardan xəbərdar olmaq, yeni layihələrə qoşulmaq istəyirsinizsə, səhifəmizi izləməyi və WhatsApp/Telegram qruplarımıza qoşulmağı unutmayın. 🚀

September 06, 2026 - Paylaşdı: Admin