[email protected] +994 99 303 07 01
September 26, 2026 - Paylaşdı: Admin

“İngiltərədə Kimyaçı Olmaq Arzusundasan? Material Kimyasına Giriş” mövzusunda onlayn seminar uğurla başa çatdı.

📢 Azərbaycan Mühəndislər Birliyi tərəfindən KİMYA üzrə keçirilən “İngiltərədə Kimyaçı Olmaq Arzusundasan? Material Kimyasına Giriş” mövzusunda onlayn seminar uğurla başa çatdı. 🧪✨

🎓 Seminar zamanı iştirakçılar İngiltərədə kimya sahəsində təhsil və karyera imkanları, material kimyasının əsas istiqamətləri, müasir tədqiqat sahələri və xaricdə akademik karyera imkanları haqqında ətraflı məlumat əldə etdilər.

📌 İngiltərədə kimya sahəsində təhsil və karyera imkanları
📌 Material kimyası və əsas tətbiq sahələri
📌 Material kimyaçılarının sənaye və elmi tədqiqatlardakı rolu
📌 Karbon materialları və enerji materialları üzrə aktual tədqiqat istiqamətləri
📌 Xaricdə magistratura və doktorantura imkanları
📌 Tədqiqatçı olmaq üçün tələb olunan bacarıqlar

💡 Seminar interaktiv şəkildə keçirilərək material kimyası, tədqiqat və xaricdə akademik karyera ilə bağlı faydalı məlumat və müzakirələrlə zənginləşdirildi. İştirakçıların sualları ətraflı şəkildə cavablandırıldı.

🤝 Dəyərli bilik və təcrübəsini iştirakçılarla bölüşdüyünə görə Elman Hüseynova təşəkkür edirik!

📲 Siz də belə seminar və təlimlərdən xəbərdar olmaq, yeni biliklər əldə etmək, peşəkar mütəxəssislərlə tanış olmaq və müxtəlif layihələrdə iştirak etmək istəyirsinizsə, səhifəmizi izləməyi, WhatsApp və Telegram qruplarımıza qoşulmağı unutmayın. 🚀