[email protected] +994 99 303 07 01
March 05, 2026 - Paylaşdı: Admin

“İlk Yardımın Əsasları” mövzusunda seminar uğurla başa çatdı!

📢 Azərbaycan Mühəndislər Birliyi tərəfindən Üzvlük Proqramı çərçivəsində “İlk Yardımın Əsasları” mövzusunda seminar uğurla başa çatdı!


Seminar təlimçi Mübariz Şükürovun təqdimatında baş tutdu. İştirakçılara fövqəladə vəziyyətlərdə insan həyatının qorunmasına yönəlmiş ilkin yardım mexanizmləri və təhlükəsiz müdaxilə prinsipləri elmi əsaslarla izah olundu.


📍 Seminarın əsas mövzuları:

🔷 İlk yardımın məqsədləri və əsas prinsipləri

🔷 Ürək-ağciyər reanimasiyası və süni tənəffüs texnikası

🔷 Avtomatik xarici defibrilyatorun tətbiqi qaydaları

🔷 Nəfəs yollarının tıxanması zamanı Heymlix manevri

🔷 Qanaxmaların növləri, daxili qanaxmalar və yaralanmalara müdaxilə

🔷 Yanıqlar, sınıqlar və müxtəlif travmalar zamanı ilkin yardım

🔷 Şok, bayılma və epilepsiya kimi xüsusi tibbi hallarda davranış

🔷 İlk yardım çantasının tərkibi və şəxsi gigiyena qaydaları


Seminar zamanı iştirakçılar fövqəladə vəziyyətlərdə təşvişə düşmədən düzgün qərar vermək, həyati vacib funksiyaları bərpa etmək və peşəkar tibbi yardım çatana qədər vəziyyəti stabilləşdirmək üçün zəruri praktiki və normativ biliklər əldə etdilər.


Bu faydalı və məlumatlandırıcı seminar üçün təlimçi Mübariz Şükürova təşəkkür edirik!


Yeni elanlardan xəbərdar olmaq üçün səhifəmizi izləməyi və WhatsApp/Telegram qruplarımıza qoşulmağı unutmayın! 💙