[email protected] +994 99 303 07 01
September 26, 2026 - Paylaşdı: Admin

“İdeyadan Təhvilə: İnşaat Layihələrinin Planlaşdırılması və İdarə Olunmasının əsasları” adlı onlayn seminar uğurla başa çatdı!

📣 Azərbaycan Mühəndislər Birliyinin təşkil etdiyi İnşaat mühəndisliyi üzrə “İdeyadan Təhvilə: İnşaat Layihələrinin Planlaşdırılması və İdarə Olunmasının əsasları” adlı onlayn seminar uğurla başa çatdı!

Seminar Amani Sultanov tərəfindən təqdim olundu və iştirakçılara inşaat layihələrinin planlaşdırılması, icrasının idarə edilməsi və layihənin uğurla təhvil verilməsi mərhələləri haqqında praktiki və sistemli biliklər qazandırıldı.

📍 Təlimin əsas mövzuları:
🔹 İnşaat layihələrinin planlaşdırılması və idarə olunması
🔹 İş Bölgüsü Strukturu (WBS)
🔹 Layihə qrafiklərinin hazırlanması və cədvəlləşdirmə
🔹 Kritik yol metodunun (Critical Path) əsasları
🔹 Layihə üzrə işlərin ardıcıllığının və müddətlərinin müəyyənləşdirilməsi
🔹 Proqresin izlənməsi və layihə icrasına nəzarət
🔹 Layihənin icradan təhvil mərhələsinə qədər idarə olunması

Təlim zamanı iştirakçılarla interaktiv müzakirələr aparıldı, real layihə yanaşmaları üzərindən nümunələr təqdim edildi və nəzəri biliklərin praktiki tətbiqi izah olundu.

Bu dəyərli və peşəkar təqdimat üçün Amani Sultanova təşəkkür edirik! 💙

Elanlardan daha aktiv şəkildə xəbərdar olmaq üçün səhifəmizi izləməyi və WhatsApp/Telegram qruplarımıza qoşulmağı unutmayın! 🚀