[email protected] +994 99 303 07 01
July 15, 2025 - Paylaşdı: Admin

“İçməli Su Keyfiyyəti: Sağlamlıq və Təhlükəsizliyin Əsasları” sertifikatlı təlimi uğurla başa çatdı!

📢Azərbaycan Mühəndislər Birliyi və Azərbaycan Dövlət Neft və Sənaye Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsinin birgə təşkilatçılığı ilə “İçməli Su Keyfiyyəti: Sağlamlıq və Təhlükəsizliyin Əsasları” sertifikatlı təlimi uğurla başa çatdı!

Təlimdə iştirakçılar üçün aşağıdakı əsas mövzular haqqında ətraflı məlumat verildi:
📌İçməli suyun əsas mənbələri və xüsusiyyətləri.
📌Su ilə yayılan xəstəliklər və qorunma yolları.
📌İçməli suyun dezinfeksiyası metodları.
📌Suyun keyfiyyəti və təhlükəsizlik standartları.
📌Su təmizləyici qurğular və texnologiyalar.
📌Risklərin idarə edilməsi və SƏTƏM qaydaları.
📌Ekoloji təsirlər və davamlılıq.

Təlim müddətində bu mövzular izah edildi, gənclərin sualları cavablandırıldı.

Faydalı təlimə görə Aygün Xəlilovaya təşəkkürümüzü bildiririk.

Elanlardan daha aktiv xəbərdar olmaq üçün səhifəmizi izləməyi və WhatsApp/Telegram qruplarımıza qoşulmağı unutmayın!