[email protected] +994 99 303 07 01
January 03, 2026 - Paylaşdı: Admin

“Özünü İfadə Bacarıqları” seminarı uğurla başa çatdı.

20 dekabr tarixində Azərbaycan Mühəndislər Birliyi tərəfindən Üzvlük Proqramı çərçivəsində “Özünü İfadə Bacarıqları” seminarı uğurla başa çatdı.

Seminar təlimçi Sevinc Qarakişiyevanın təqdimatında baş tutdu və iştirakçılara özünü ifadə, ünsiyyət və müsahibə bacarıqları haqqında məlumatlar verildi.

📍 Seminarın əsas mövzuları:
🔹CV hazırlayarkən nələrə diqqət etməli
🔹Müsahibələrdə və iş görüşlərində özlərini inamlı təqdim etmək
🔹Stress və həyəcanı idarə etmək
🔹Çətin suallara peşəkar yanaşma yolları

Seminar zamanı iştirakçılar düzgün CV hazırlamaq , müsahibə zamanı özlərini doğru təqdim etmək və stresi idarə etmək bacarıqlarını əldə etdilər.

Bu faydalı və məlumatlandırıcı seminar üçün təlimçi Sevinc Qarakişiyevaya təşəkkür edirik!

Yeni elanlardan xəbərdar olmaq üçün səhifəmizi izləməyi və WhatsApp/Telegram qruplarımıza qoşulmağı unutmayın! 💙