[email protected] +994 99 303 07 01
October 14, 2023 - Paylaşdı: Admin

Ələkbər Hüseynzadənin yeni məqaləsi çap olunub

Azərbaycan Mühəndislər Birliyinin Kimya departamentinin rəhbəri, BDU-nun “Sənaye Kimyası” tədqiqat laboratoriyasının müdiri - Ələkbər Hüseynzadənin, həmin laboratoriyanın əməkdaşı - Ülviyyə Həsənovanın və tələbə - Rəna Qənbərovanın birgə çalışdıqları məqalə “Journal of Molecular Structure” jurnalında (İF=3.841, Q3) çap olunub. Tədqiqat işində salisilaldehid törəmələri əsasında yeni azometinlər sintez olunmuş və birləşmələrin quruluşları Nüvə Maqnit Rezonansı (NMR) spektroskopiya üsulları ilə tədqiq olunmuşdur. Bioloji aktivlik A-549 ağciyər xərçəng hüceyrə xəttinə qarşı tədqiq olunmuşdur. Wnt (CSNK1A1, CTNNB1) və MAPK siqnal yollarının (DUSP1, DUSP2, DUSP4 və DUSP10) ekspressiya səviyyələri RT-PCR üsulu ilə müəyyən edilmişdir. A-549 hüceyrə xəttinə tətbiq olunan 1, 2, 3 və 4-cü birləşmələr 72 saatlıq inkubasiyadan sonra ən yüksək aktivliyi göstərmişdir. Müəyyən edilmişdir ki, 2 və 4-cü birləşmələr nəzarət qrupu ilə müqayisədə CTNNB1 və DUSP10 genlərinin ekspressiyasını artırmışdır. A-549 ağciyər xərçəngi hüceyrələri nəzarət qrupu ilə müqayisədə birləşmə 1-də GST səviyyələrində 70% azalma, 1-ci birləşmədə isə CAT səviyyələrində 96% azalma göstərmişdir. Eksperimental tədqiqatlarla yanaşı nəzəri tədqiqatlar da aparılmışdır. Molekulyar dokking nəticələrinin təcrübələrlə uyğun olduğu aşkar edilmişdir.
Məqalənin tam mətni ilə aşağıda verilən linkdən tanış ola bilərsiniz:
https://doi.org/10.1016/j.molstruc.2022.134619