[email protected] +994 99 303 07 01
November 05, 2025 - Paylaşdı: Admin

Şuşa və Xankəndidə keçirilən QHT-lərin Əməkdaşlıq Forumunda iştirak edib!

🇦🇿 Azərbaycan Mühəndislər Birliyi Şuşa və Xankəndidə keçirilən QHT-lərin Əməkdaşlıq Forumunda iştirak edib!

Azərbaycan Mühəndislər Birliyinin sədr müavini Əli Babazadə 2025-ci il oktyabrın 18-19-da Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı ilə Şuşa şəhərində “QHT-lərin VI İnkişaf və Mübadilə Proqramı” və Oktyabrın 20-də Xankəndi şəhərində keçirilən QHT-lərin Əməkdaşlıq Forumunda iştirak edib.

📍İki gün davam edən “QHT-lərin VI İnkişaf və Mübadilə Proqramı” çərçivəsində QHT nümayəndələrinin layihə hazırlığı, məqsəd və vəzifələrin müəyyənləşdirilməsi, icra planlaması, məlumatların təhlili və tərəfdaşlıq quruculuğu sahəsində bilik və bacarıqları təkmilləşdirilib. Proqramın sonunda iştirakçılara sertifikatlar təqdim olunub.

📍 Oktyabrın 20-də isə Xankəndi Konqres Mərkəzində “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumu keçirilib. Forumda vətəndaş cəmiyyətinin inkişafı, milli birliyin möhkəmləndirilməsi və QHT-lər arasında əməkdaşlığın genişləndirilməsi istiqamətində mühüm müzakirələr aparılıb.

💙 Azərbaycan Mühəndislər Birliyi adından dəvətə və yüksək səviyyədə təşkil olunmuş tədbirlərə görə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəhbərliyinə və əməkdaşlarına dərin təşəkkürümüzü bildiririk.

Birlikdə güclü və dayanıqlı vətəndaş cəmiyyəti naminə! 🇦🇿