Azərbaycan Mühəndislər Birliyinin “Üzvlük Proqramı” çərçivəsində İnşaat mühəndisliyi üzrə keçirilən “Tikintidə xərclərə nəzarət” seminarı uğurla başa çatdı!
Seminar zamanı iştirakçılara tikinti layihələrində büdcənin planlaşdırılması, xərclərin optimallaşdırılması, maliyyə risklərinin idarə olunması, smeta və xərc nəzarəti mexanizmləri haqqında ətraflı məlumat verildi.
📌 Müzakirə olunan əsas mövzular:
🔹 Tikinti layihələrində büdcənin planlaşdırılması
🔹 Tikinti xərclərinin optimallaşdırılması
🔹 Maliyyə risklərinin idarə olunması
🔹 Smeta və xərclərə nəzarət mexanizmləri
🔹 Tikinti layihələrində xərc nəzarətinin praktiki tətbiqi
💡 Seminar çərçivəsində interaktiv müzakirələr aparıldı, iştirakçıların sualları cavablandırıldı və mövzu ilə bağlı bilik və təcrübə mübadiləsi həyata keçirildi.
Bu dəyərli və peşəkar təqdimat üçün təlimçimiz Nicat Yaqubluya təşəkkür edirik! 💙
Elanlarımızdan daha aktiv şəkildə xəbərdar olmaq üçün səhifəmizi izləməyi və WhatsApp/Telegram qruplarımıza qoşulmağı unutmayın!


October 31, 2026 - Paylaşdı: Admin