[email protected] +994 99 303 07 01
September 06, 2026 - Paylaşdı: Admin

İnşaat mühəndisliyi üzrə Texniki Ofis Mühəndisliyi Kursu

☀️ Yay İnkişaf Proqramı 2026

🏗️ İnşaat mühəndisliyi üzrə

Texniki Ofis Mühəndisliyi Kursu

Tikinti sahəsində uğurlu karyera qurmaq üçün yalnız layihəni oxumaq kifayət etmir. Müasir texniki ofis mühəndisi layihələrin planlaşdırılması, iş həcmlərinin hesablanması, smeta hazırlanması, tender sənədlərinin idarə olunması, büdcə nəzarəti və texniki sənədlərlə işləmə bacarıqlarına malik olmalıdır.

Azərbaycan Mühəndislər Birliyinin Yay İnkişaf Proqramı 2026 çərçivəsində təşkil olunan “Texniki Ofis Mühəndisliyi Kursu” iştirakçılara bu sahədə tələb olunan nəzəri bilikləri və real layihələr üzərində praktik bacarıqları qazandıracaq.

👨‍🎓 Kimlər üçün uyğundur?

• İnşaat mühəndisliyi tələbələri

• Yeni məzunlar

• Texniki ofis mühəndisi kimi işləmək istəyənlər

• Site Engineer, Quantity Surveyor və Cost Control sahəsində karyera qurmaq istəyənlər

• Tikinti şirkətlərində çalışan gənc mühəndislər

👨‍🏫 Təlimçi: Fərid Məlikov
Leading Cost Controller

📅 Başlama tarixi: 5 avqust

🎯 Təlim müddətində iştirakçılar real layihələr üzərində BoQ, Quantity Take-Off, IPC, Cash Flow və digər texniki sənədlərlə praktik şəkildə işləyəcəklər.

🔗 Ətraflı məlumat və qeydiyyat: https://bit.ly/3QWFfZI