📣 Azərbaycan Mühəndislər Birliyinin təşkil etdiyi Üzvlük Proqramı çərçivəsində İnşaat mühəndisliyi üzrə “Tikinti Layihələrində Dəyər və Büdcə” adlı seminar uğurla başa çatdı!
Seminar Məhəmməd Əkbərov tərəfindən təqdim olundu və iştirakçılara tikinti layihələrində dəyərin formalaşması və idarə olunmasının əsaslarını öyrənəcək, smeta və büdcə strukturunun qurulması, tender mərhələsində qiymətlərin əsaslandırılması, risk və bazar analizinin rolu, eləcə də icra dövründə xərclərə nəzarət, fərq analizi və büdcənin yenilənməsi haqqında geniş biliklər qazandırıldı.
📍 Təlimin əsas mövzuları:
🔹 Tikinti layihələrində dəyərin formalaşması və idarə olunması
🔹 Smeta və büdcə strukturunun qurulması
🔹 Tender mərhələsində qiymətlərin əsaslandırılması
🔹 Risk analizi və bazar analizinin rolu
🔹 İcra dövründə xərclərə nəzarət
🔹 Büdcənin yenilənməsi və optimallaşdırılması
Təlim zamanı iştirakçılarla interaktiv müzakirələr aparıldı və nəzəri biliklər praktiki tapşırıqlarla möhkəmləndirildi.
Bu dəyərli və peşəkar təqdimat üçün Məhəmməd Əkbərova təşəkkür edirik! 💙
Elanlardan daha aktiv şəkildə xəbərdar olmaq üçün səhifəmizi izləməyi və WhatsApp/Telegram qruplarımıza qoşulmağı unutmayın! 🚀


January 03, 2026 - Paylaşdı: Admin