[email protected] +994 99 303 07 01
February 20, 2026 - Paylaşdı: Admin

İnşaat mühəndisliyi üzrə “İnşaat Layihələrində Yeni Standart: PMI-CP ilə bazaya əsaslanan rəhbərlik” adlı seminar uğurla başa çatdı!

📣 Azərbaycan Mühəndislər Birliyinin təşkil etdiyi Üzvlük Proqramı çərçivəsində İnşaat mühəndisliyi üzrə “İnşaat Layihələrində Yeni Standart: PMI-CP ilə bazaya əsaslanan rəhbərlik” adlı seminar uğurla başa çatdı!


Seminar Mehmet Eğilmezer tərəfindən təqdim olundu və iştirakçılara  inşaat layihələrində vaxtın qısaldılması, büdcəyə effektiv nəzarət, risklərin əvvəlcədən müəyyən edilməsi, layihə tərəflərinin hizalanması və PMI-CP yanaşmasının praktik, sistemli idarəetmə düşüncə tərzi haqqında geniş biliklər qazandırıldı.


📍 Təlimin əsas mövzuları:

🔹 İnşaat Layihələrində Kommunikasiyanın İdarə Edilməsi

🔹 İnterfeys və Koordinasiya İdarəetməsi 

🔹 Layihə Həcminin və Dəyişikliklərin İdarə Edilməsi

🔹 Müqavilələrin və Risklərin İdarə Edilməsi

🔹 Planlaşdırma və Cədvəlləşdirmə

🔹 Keyfiyyət və Təhlükəsizlik İdarəetməsi


Təlim zamanı iştirakçılarla interaktiv müzakirələr aparıldı və nəzəri biliklər praktiki tapşırıqlarla möhkəmləndirildi.


Bu dəyərli və peşəkar təqdimat üçün Mehmet Eğilmezere təşəkkür edirik! 💙


Elanlardan daha aktiv şəkildə xəbərdar olmaq üçün səhifəmizi izləməyi və WhatsApp/Telegram qruplarımıza qoşulmağı unutmayın! 🚀