[email protected] +994 99 303 07 01
October 08, 2023 - Paylaşdı: Admin

İdarə heyəti və tələbələr ilə birlikdə Lahıc rayonuna gəzinti keçirilib.

8 may tarixində Azərbaycan Mühəndislər Birliyi tərəfindən idarə heyəti və tələbələr ilə birlikdə Lahıc rayonuna gəzinti keçirilib.
Gəzintinin məqsədi tələbələrin asudə vaxtlarının səmərəli keçirilməsi, mühəndislərlə birlikdə vaxt keçirib tanış olmaq, onlarla fikir mübadiləsi aparmaq olmuşdur.
İlk öncə, gəzinti iştirakçıları Qobustan rayonunda yerləşən Palçıq vulkanları ərazisində olublar və onlara palçıq vulkanlarının yaranma prosesi izah edilib. Daha sonra iştirakçılar Lahıcda, Şamaxı Astrofizika Rəsədxanasında olublar. Olduqca maraqlı keçən gəzintinin sonunda iştirakçılar üçün intellektual və əyləncəli oyunlar təşkil olunub.