Azərbaycan Mühəndislər Birliyi yeni seminarla qarşınızdadır !
Bilik və bacarıqlarınızın inkişaf etməsi, peşəkar mühəndislərlə həmsöhbət olaraq onların təcrübələrindən faydalanmaq istəyirsinizsə, bu seminarımızı qaçırmayın!
Seminarda Tağı Babazadə “İstehsalat proseslerinin idarə olunması zamanı temperaturun ölçülməsi” mövzusunda danışacaq.
Tağı Babazadə haqqında:
Tağı Babazadə Bakalavr – ADNSU, Proseslərin Avtomatlaşdırılması Mühəndisliyi ixtisasını bitirmişdir.
Magistr – ADNSU Texnoloji Proseslərin Avtomatlaşdırılması Mühəndisliyi ixtisasını bitirmişdir.
6+ il iş təcrübəsi ilə hazırda ABB Ltd. İdarəetmə sistemleri üzrə layihə mühəndisi vəzifəsində çalışır. Həmçinin Azərbaycan Mühəndislər Birliyinin Avtomatika departamentinin rəhbəridir.
Qeyd: Pandemiya ilə əlaqədar olaraq iştirakçı sayı məhduddur. Qeydiyyatdan keçənlər arasından 12 nəfər seçiləcək! Qeydiyyatdan keçməyə tələsin!
Tarix: 26.02.2022
Saat: 14:00
Məkan: Azərbaycan Mühəndislər Birliyinin Tədris Mərkəzi
Qeydiyyat linki: https://bit.ly/3oOnJWj