[email protected] +994 99 303 07 01
October 13, 2023 - Paylaşdı: Admin

Üzvlərimizin "Üzvlük proqramı" haqqında fikirlərini sizlərə təqdim edirik.

Üzvlərimizin "Üzvlük proqramı" haqqında fikirlərini sizlərə təqdim edirik.
Gənclərə işıq olmaq, doğru istiqamət vermək adına çıxdığımız bu yolda daima gənclərə dəstək olmuş, hər bir detalı incəliklə düşünüb tətbiq etmişik. Bugün gördüyümüz bu geridönüşlər işimizin nə qədər dəqiq və məsuliyyətli olmasının göstəricisidir. Üzvlərimiz və sizlərin geridönüşləri isə bizim motivasiya mənbəyimizdir.🤗
💡Proqram kimya, neft - qaz mühəndisliyi ixtisaslarını əhatə edir. (Müraciət çox olarsa, digər ixtisaslar üzrə də üzvlük proqramı həyata keçirə bilərik.)
💡Siz üzvlük proqramına qoşulmaqla ixtisas yönümlü təlimlərdə, seminarlarda iştirak edəcək, sahəniz üzrə texniki gəzintidə olacaq, AZMİİB tərəfindən keçirilən digər ödənişli kurslarda və seminarlarda endirimli iştirak haqqı qazanacaqsınız. Ən nəhayətində isə Təcrübə Proqramında iştirak imkanınız olacaq!
Üzvlük proqramının 2-ci hissəsinə qeydiyyatın elan edilməsinə çox az qaldı. Bəs, bu dəfə üzvlük proqramından kimlər yararlanacaq?