Azərbaycan Mühəndislər Birliyi könüllü və üzvlərinə yüksək keyfiyyətli təcrübə imkanları təqdim etməklə, onların praktiki biliklərini inkişaf etdirməyə davam edir. Bu məqsədlə, Azərbaycan Mühəndislər Birliyi Kimya mühəndisliyi üzrə Üzvlük proqramının təlimlərinin imtahanlarında ən yaxşı nəticə göstərmiş üzvlər, həmçinin Könüllülük proqramında aktiv, həvəsli və layihələr boyu öz individuallığı ilə seçilən könüllüləri Ekologiya və Təbii Sərvətlər Nazirliyinin AzeLab MMC laboratoriyasına 2 aylıq təcrübə proqramına göndərmişdir.
Təcrübə proqramında Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Kimya mühəndisliyi ixtisasının 4-cü kurs tələbələri - Gülnar Qurbanova, Tərlan Nəcəfov, Ruqəyya Əsədzadə, Günel Ağayeva; həmin universitetin 3-cü kurs tələbələri - Nihat Hacıbabazadə, İbrahim Quluzadə; Bakı Mühəndislik Universitetinin Kimya mühəndisliyi ixtisasının 3-cü kurs tələbələri - Aysel Əlizadə, Kənan Quliyev iştirak etmişdir.
AzeLab MMC-nin dəstəyi və imkanları sayəsində, tələbələr praktiki bacarıqlarını artırmağa nail olmuşdurlar. Yaratdığı şans və imkanlara görə AzeLab MMC rəhbərliyinə və öz təcrübələrini tələbələrlə bölüşdüyünə görə laboratoriya kollektivinə təşəkkürümüzü bildiririk!
Azərbaycan Mühəndislər Birliyinin növbəti Üzvlük Proqramına qəbuldan daha tez xəbərdar olmaq üçün Telegram və Whatsapp qruplarımıza qoşula bilərsiniz. Qrup linkləri üçün şərh bölməsinə + yazmağınız kifayətdir, linklər mesaj bölmənizə gondəriləcək.