[email protected] +994 99 303 07 01
October 17, 2023 - Paylaşdı: Admin

Üzvlük proqramının təlimlərinin imtahanlarında ən yaxşı nəticə göstərmiş üzvlər Energy Solutions şirkətinə təcrübə proqramında

Azərbaycan Mühəndislər Birliyi könüllü və üzvlərinə yüksək keyfiyyətli təcrübə imkanları təqdim etməklə, onların praktiki biliklərini inkişaf etdirməyə davam edir. Bu məqsədlə, Azərbaycan Mühəndislər Birliyi Kimya mühəndisliyi üzrə Üzvlük proqramının təlimlərinin imtahanlarında ən yaxşı nəticə göstərmiş üzvlər, həmçinin Könüllülük proqramında aktiv, həvəsli və layihələr boyu öz individuallığı ilə seçilən könüllüləri Energy Solutions şirkətinə 1 aylıq təcrübə proqramına göndərmişdir.
Təcrübə proqramında Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Neft-qaz mühəndisliyi ixtisasının 3-cü kurs tələbələri - Fatma Qarayeva və Sənubər Məmmədova iştirak etmişdir.
Energy Solutions MMC-nin dəstəyi və imkanları sayəsində, tələbələr praktiki bacarıqlarını artırmağa nail olmuşdurlar. Yaratdığı şans və imkanlara görə Energy Solutions MMC rəhbərliyinə və öz təcrübələrini tələbələrlə bölüşdüyünə görə kollektivinə təşəkkürümüzü bildiririk!
Azərbaycan Mühəndislər Birliyinin növbəti Üzvlük Proqramına qəbuldan daha tez xəbərdar olmaq üçün Telegram və Whatsapp qruplarımıza qoşula bilərsiniz. Qrup linkləri üçün şərh bölməsinə + yazmağınız kifayətdir, linklər mesaj bölmənizə gondəriləcək.