[email protected] +994 99 303 07 01
October 17, 2023 - Paylaşdı: Admin

Üzvlük proqramı təlimlərinin imtahanlarında ən yaxşı nəticə göstərmiş üzvlər Gulf Drilling şirkətinin 2 aylıq təcrübə proqramında

Azərbaycan Mühəndislər Birliyi könüllü və üzvlərinə yüksək keyfiyyətli təcrübə imkanları təqdim etməklə, onların praktiki biliklərini inkişaf etdirməyə davam edir.
Bu məqsədlə, Azərbaycan Mühəndislər Birliyi Üzvlük proqramı təlimlərinin imtahanlarında ən yaxşı nəticə göstərmiş üzvlər, həmçinin Könüllülük proqramında aktiv, həvəsli və layihələr boyu öz individuallığı ilə seçilən könüllüləri Gulf Drilling şirkətinin 2 aylıq təcrübə proqramına göndərmişdir.
Təcrübə proqramında Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Neft-qaz mühəndisliyi ixtisasının 3-cü kurs tələbələri; İlkin Mustafayev, Ramin Sultanlı, Hilal Məmmədov, Hüseyn Məmmədov və Vüsal Fərzullazadə iştirak etmişdir.
Gulf Drilling şirkətinin dəstəyi və imkanları sayəsində, tələbələr praktiki bacarıqlarını artırmağa nail olmuşdurlar. Yaratdığı şans və imkanlara görə Gulf Drilling rəhbərliyinə və öz təcrübələrini tələbələrlə bölüşdüyünə görə kollektivinə təşəkkürümüzü bildiririk!
Azərbaycan Mühəndislər Birliyinin növbəti Üzvlük Proqramına qəbuldan daha tez xəbərdar olmaq üçün Telegram və Whatsapp qruplarımıza qoşula bilərsiniz. Qrup linkləri üçün şərh bölməsinə + yazmağınız kifayətdir, linklər mesaj bölmənizə gondəriləcək.