[email protected] +994 99 303 07 01
October 12, 2023 - Paylaşdı: Admin

"Time to change" təlimi uğurla başa çatıb.

📣Azərbaycan Mühəndislər Birliyi və ADNSU Tələbə Həmkarlar İttifaqı Komitəsinin birgə təşkilatçılığı ilə keçirilən "Time to change" təlimi uğurla başa çatıb.
🧩152 nəfərin iştirak etdiyi təlimdə mühəndis, professional CV eksperti - Eldar Mənsimov aşağıdakı mövzular haqqında məlumat vermişdir:
•Universitet illərində nə etməli, ixtisas üzrə doğru istiqaməti necə seçməli;
•Karyera planlaması;
•Məqsədlər;
•Hədəflər;
•Planlar;
•CV və motivasiya məktubu.
Dəvətimizi qəbul edib, təcrübəsini tələbələrlə bölüşdüyünə görə Eldar Mənsimova təşəkkür edir, təlimin keçirilməsi üçün göstərdikləri dəstəyə və yaratdığı şəraitə görə ADNSU rəhbərliyinə və THİK-ə minnətdarlığımızı bildiririk.
📍Təlim, seminar, texniki gəzinti, mühəndislərlə görüşdən daha tez xəbərdar olmaq üçün Telegram və Whatsapp qruplarımıza qoşula bilərsiniz. Qrup linkləri üçün şərh bölməsinə + yaza bilərsiniz, linklər mesaj bölmənizə göndəriləcək.