[email protected] +994 99 303 07 01
October 17, 2023 - Paylaşdı: Admin

"The Power of Azerbaijan Women Engineers" tədbiri keçirilmişdir

Azərbaycan Mühəndislər Birliyinin ShEngineer layihə çərçivəsində və UFAZ-ın dəstəyi ilə mühəndislik ixtisasında təhsil alan xanımlar üçün təşkil edilmiş "The Power of Azerbaijan Women Engineers" tədbiri keçirilmişdir.
Tədbirdə mühəndis xanımlar-Gülüstan Ağayeva(Əlizadə), Təranə Nəsibli, Məleykə Ağayeva, Rəvanə Kərimova, Günel Vəlişova çıxış etmişdir.
100 nəfərdən çox iştirakçının qatıldığı görüşdə xanım mühəndis qonaqlarımız öz karyeralarından, qadınların xaricdə təhsil imkanlarından, sahədə qarşılaşdıqları çətinliklərdən və həll yollarından, yumşaq bacarıqlardan bəhs etmişlər.
Olduqca produktiv keçən görüşün sonunda iştirakçılar suallarını səsləndirmiş və qonaqlarımız tərəfindən cavablandırılmışdır.
Dəvətimizi qəbul edib öz təcrübələrini bölüşdüşlərinə görə qonaqlarımız - Gülüstan Ağayeva(Əlizadə), Təranə Nəsibli, Məleykə Ağayeva, Rəvanə Kərimova və Günel Vəlişovaya dərin minnətdarlığımızı bildiririk!
Təlim, seminar, texniki gəzinti və mühəndislərlə görüşlərdən daha tez xəbərdar olmaq üçün Telegram və Whatsapp qruplarımıza qoşula bilərsiz. Qrup linkləri üçün şərh bölməsinə + yazmağınız kifayətdir, linklər mesaj bölmənizə göndəriləcək.
Bizi izləməyə davam edin!
#women #engineers #azmiib #ShEngineer