3 dekabr tarixində Azərbaycan Mühəndislər Birliyinin təşkilatçılığı və mühəndis Saleh Rəhmanovun rəhbərliyi ilə tələbələr üçün "Taghiyev Operating Company" (TOC) mədən sahələrinə texniki gəzinti baş tutub.
İlk öncə gəzinti iştirakçılarına təhlükəsizlik qaydaları haqqında ətraflı məlumat təqdim edilmişdir. Daha sonra neftin,qazın və suyun kimyəvi analiz laboratoriyasında lay sularının analizlərinin aparılması ilə tanış olublar:
•Lay sularında hidrokarbonat anionunun,
kalsium, maqnezium kationlarinin,xlorid ionlarının Mor üsulu ilə təyini.
•Natrium,kalium kationlarinin təyini isə hesabat yolu ilə təyini .
•Palmer təsnifatı ilə duzluluq, qələviliyin təyini.
•Məhlullarin hazırlanması ilə əlaqədar hesabatların aparılması
•Neft laboratoriyasında neft nümunəsinin sıxlığının təyini,neftdə suyun Din və Stark cihazında təyini.
Həmçinin Ştanqlı Dərinlik Nasosu və Mərkəzdəqaçma elektrik dalma nasosu ilə işləyən quyuların iş prinsipi, dinamoqraflar ilə neft quyularının ayrı-ayrı qovşağlarının nəzarətdə saxlanılması prosesləri iştirakçılara izah olunub.
Gənclərin sənaye biliklərinin artırılmasında, texniki gəzintinin təşkilinə Azərbaycan Mühəndislər Birliyi üçün şərait yaratdığına görə TOC rəhbərliyinə və kollektivinə öz təşəkkürümüzü bildiririk.