[email protected] +994 99 303 07 01
October 12, 2023 - Paylaşdı: Admin

"Surakhani Oil Operation Company" - də Yay Təcrübə proqramında iştirak edən könüllümüz Ramil ilə olan kiçik söhbətimizi sizə təqdim edirik:

"Surakhani Oil Operation Company" - də Yay Təcrübə proqramında iştirak edən könüllümüz Ramil ilə olan kiçik söhbətimizi sizə təqdim edirik:
"Mən Ramil Məmmədov, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin “Geologiya Mühəndisliyi“ ixtisasının 4-cü kurs tələbəsiyəm. Azərbaycan Mühəndislər Birliyi ilə artıq 3 ildir ki, tanışam. Burada 5 aydır əvvəlcə Könüllü hal-hazırda isə Koordinator olaraq fəaliyyətimi davam etdirirəm.
Azərbaycan Mühəndislər Birliyi tələbələr üçün karyeralarında düzgün istiqamətdə doğru addımlar atmaqda kömək olacaq seminarlar, təlimlər, təcrübə proqramları həmçinin peşəkar mühəndislərlə görüşlər təşkil edir. İştirak etdiyim təlimlər və peşəkar mühəndislərlə olan görüşlər mənə öz sahəsi üzrə kifayət qədər bilikli və təcrübəli olan mütəxəssislərdən müəyyən istiqamətlərdə biliklər və düzgün məsləhətlər almaqda çox böyük yardımçı olmuşdur.
Aktiv könüllülərə gələcək fəaliyyətlərində hədəflərinə nail olmaq üçün köməklik göstərən Azərbaycan Mühəndislər Birliyi təcrübə proqramlarında iştirak etmək fürsəti yaratmışdır. Fəaliyyətim zamanında təşkil edilmiş layihələrdə aktiv iştirak etdiyim üçün “Surakhani Oil Operation Company”-də 2 aylıq istehsalat təcrübəsi proqramında iştirak etmək fürsəti qazanmışam. Təcrübə proqramı daxilində professional iş mühiti ilə tanış oldum, bilikli və təcrübəli yeni mühəndislərlə eyni komandada çalışmaq, səmimi və işini peşəkar şəkildə səhvlər etmədən görməyi bacaran işçi heyəti ilə birlikdə işləmək şansı əldə etdim. Həmçinin bu müddətdə nəzəri biliklərimi praktiki cəhətdən həyata keçirməkdə bir çox önəmli bacarıqlar əldə etmişəm.
Bu şansı yaratdığı üçün Azərbaycan Mühəndislər Birliyinə təşəkkür edirəm!"