Azərbaycan Mühəndislər Birliyi tərəfindən keçirilən "Quyuların qazılmasının layihələndirilməsi və tikinti prosesi" təlimi başa çatıb.
Maraqlı keçən təlimdə təlimçi Pərviz Həsənov iştirakçılara aşağıdakı mövzular haqqında məlumat vermişdir:
📌Quyuların qazılması üçün təkliflərin verilməsi
📌İlkin layihələndirilmənin verilməsi
📌Quyu layihəsinin hazırlanması
📌Qazmanın planlaşdırılması
📌Quyunun qazma və tamamlanma prosesi
📌Quyunun yekun hesabatı
Təlimin sonunda iştirakçılara sertifikatlar təqdim olunmuşdur.
Təlim və seminarlardan daha tez xəbərdar olmaq üçün Telegram və Whatsapp qruplarımıza qoşula bilərsiniz. Qrup linkləri üçün şərh bölməsinə "+" ata bilərsiniz, mesaj bölmənizə göndəriləcək.