[email protected] +994 99 303 07 01
October 13, 2023 - Paylaşdı: Admin

"Quyuların əsaslı təmiri " təlimi uğurla başa çatıb

Azərbaycan Mühəndislər Birliyi və Xəzər Universitetinin birgə təşkilatçılığı ilə keçirilən "Quyuların əsaslı təmiri " təlimi başa çatıb.
🧩64 nəfərin iştirak etdiyi təlimdə mütəxəssis Namiq Yusifli aşağıdakı mövzular haqqında məlumat vermişdir:
• Əsaslı təmir nədir?
• Quyu quruluşu haqqında ümumi məlumat
• İstismar üsullarına uyğun olaraq quyu ağzı və quyu daxili avadanlıqlar haqqında qısa məlumat(ŞDN, MEDN, kompressor üsulu)
• Quyu təmiri zamanı quyu ağzı avadanlıqlar(preventor, yuma başlığı) və istifadə edilən avadanlıqlar, (Hidravliki açar, elevtorlar, Hidravliki güc fırlanğıcı və s. haqqında ümumi məlumat)
• Quyuda baş verə biləcək problemlər, qəzalar və onların aradan qaldırılması, frezerlər və tutucu alətlər, frezləmə və tutma əməliyyatı haqqında məlumat, yuma, qum və suya qarşı sementləmə haqqında məlumat.
Bu gözəl Təlim üçün təlimçi Namiq Yusifliyə və texniki dəstəyə görə Xəzər Universitetinə öz təşəkkürümüzü bildiririk!
📍Təlim, seminar, texniki gəzinti, mühəndislərlə görüşdən daha tez xəbərdar olmaq üçün Telegram və Whatsapp qruplarımıza qoşula bilərsiniz. Qrup linkləri üçün şərh bölməsinə + yazmağınız kifayətdir, linklər mesaj bölmənizə göndəriləcək.