[email protected] +994 99 303 07 01
October 14, 2023 - Paylaşdı: Admin

"Qəzaların araşdırılması və hesabat verilməsi" sertifikatlı təlimi başa çatıb

Azərbaycan Mühəndislər Birliyi tərəfindən ödənişsiz keçirilən "Qəzaların araşdırılması və hesabat verilməsi" sertifikatlı təlimi başa çatıb.
14 nəfərin iştirak etdiyi təlimdə təlimçi Abdulla Həzili aşağıdakı mövzular haqqında məlumat vermişdir:
•Təhlükənin aradan qaldırılmasl üçün görülən tədbirlər;
•Riskin qiymətləndirilməsi;
•Tədqiqatın araşdırılmasının faydaları;
•Hadisənin baş verən səbəblərinin öyrənilməsi;
•Tədqiqatın aparılması üçün götürülən tədbirlər;
•Hadisə hesabatının verilməsi qaydaları.
Sonda iştirakçılara sertifikatlar təqdim olunub.
Təşəbbüsünə və təcrübəsini tələbələrlə bölüşdüyünə görə Abdulla Həziliyə minnətdarlığımızı bildiririk.
📌 Təlim, seminar, texniki gəzinti, mühəndislərlə görüşdən daha tez xəbərdar olmaq üçün Telegram va Whatsapp qruplarımıza qoşula bilərsiniz. Qrup linkləri üçün şərh bölməsinə + yaza bilərsiniz, linklər mesaj bölmənizə göndəriləcək.