[email protected] +994 99 303 07 01
October 17, 2023 - Paylaşdı: Admin

"PetroChem" kursu başa çatıb

Azərbaycan Mühəndislər Birliyinin "ShEngineer" layihəsi üzrə keçirilən "PetroChem" kursu başa çatıb.
Kursa qəbul olmuş 80 nəfər iştirakçıya 4 təlim keçirilmişdir.
Təlimlərdə aşağıdakı mövzulara toxunulub:
📌Neft nədir?
📌Neft məhsullarının əsas keyfiyyət göstəriciləri
📌Neft məhsullarının fiziki və kimyəvi xassələri
📌Neftin qarışıqlardan təmizlənməsi
📌Elektrodehidratorun iş prinsipi
📌Neft və neft məhsullarında suyun miqdarının təyin edilməsi-Din və stark üsulu
📌Laboratoriya analizləri
📌Detonasiya
📌Oktan və setan ədədlərinin təyini
📌Daxili yanma mühərrikləri
📌Aviasiya yanacaqları
Kursun sonunda iştirakçıların biliklərinin yoxlanılması üçün imtahan təşkil olunmuşdur. İştirakçılar təlim mövzularına uyğun 20 sualı cavablandırmağa çalışıblar. İmtahanda yüksək nəticə göstərənlər sertifikatla təltif olunublar.
Dəvətimizi qəbul edib, təcrübələrini iştirakçılarla bölüşdüklərinə görə Səbinə Tağıyeva, Aygün Xəlilova, Fəxriyyə Quliyeva və Lalə Musayevaya minnətdarlığımızı bildiririk.
Kursun keçirilməsinə göstərdiyi dəstəyə görə UFAZ-a təşəkkür edirik!
#azmiib #ShEngineer