Azərbaycan Mühəndislər Birliyi tərəfindən keçirilən "PLC və onun tətbiqi" təlimi başa çatıb. Təlim 20 noyabr tarixində keçirilib.
🧩25 nəfərin iştirak etdiyi təlimdə mühəndis Elnur Sucayev aşağıdakı mövzular haqqında məlumat vermişdir:
• PLC və onun tətbiq sahələri;
• PLC vendorları, növləri, modulları;
• PLC-nin çatışmayan cəhətləri və üstünlükləri;
• PLC-nin dəqiqliyi, məhsuldarlığı;
• Avtomatikanın insan həyatında rolu.
Belə faydalı təlim üçün Elnur Sucayevə öz təşəkkürümüzü bildiririk!
📌 Təlim, seminar, texniki gəzinti və mühəndislərlə görüşlərdən daha tez xəbərdar olmaq üçün Telegram və Whatsapp qruplarımıza qoşula bilərsiniz. Qrup linkləri üçün şərh bölməsinə + yazmağınız kifayətdir, linklər mesaj bölmənizə göndəriləcək.