[email protected] +994 99 303 07 01
October 17, 2023 - Paylaşdı: Admin

"Neftli-qazlı layların ayrı-ayrılıqda və ya birgə işlənilməsi" adlı təlim baş tutub

Azərbaycan mühəndislər Birliyi tərəfindən 6 Avqust tarixində "Neftli-qazlı layların ayrı-ayrılıqda və ya birgə işlənilməsi" adlı təlim baş tutub.
55 nəfərin iştirak etdiyi təlimdə Qalib Muradov aşağıdakı mövzular haqqında məlumat vermişdir:
📌Neftin-qazın mənşəyi haqqında, Neft-qaz əmələgəlmə sistemi, Yataqların təsnifatı
📌 Neft və qaz geologiyası haqqında ilkin anlayışlar
📌Bir quyudan iki layın eyni vaxtda ayrı-ayrılıqda istismarı
📌Neft-qaz yataqlarının işlənilmə sistemləri
📌İstismarda istifadə olunan quyudibi avadanlıqlar(perforatorlar, NKB, Paker və s.)
📌Real nümunələrlə izah
Faydalı təlim üçün Qalib Muradova öz təşəkkürümüzü bildiririk!
Təlim, seminar , texniki gəzinti və mühəndislərlə görüşlərdən daha tez xəbərdar olmaq üçün Telegram və Whatsapp qruplarımıza qoşula bilərsiniz.Qrup linkləri üçün şərh bölməsinə + yazmağınız kifayətdir, linklər mesaj bölmənizə göndəriləcək.