[email protected] +994 99 303 07 01
November 26, 2025 - Paylaşdı: Admin

"Mexanika mühəndisliyi" üzrə “Mechanical repair of production equipment & Selection of appropriate spare parts for them” adlı seminar uğurla başa çatdı!

📢 Azərbaycan Mühəndislər Birliyinin təşkil etdiyi Üzvlük proqramı çərçivəsində "Mexanika mühəndisliyi" üzrə “Mechanical repair of production equipment & Selection of appropriate spare parts for them” adlı seminar uğurla başa çatdı!


Seminar Şəmistan Məlikzadənin təqdimatında baş tutdu və iştirakçılar istehsalat avadanlıqlarının texniki nasazlıqlarının diaqnostikası, bərpası və bu avadanlıqlar üçün uyğun ehtiyat hissələrinin düzgün seçilməsi ilə bağlı geniş və praktik məlumatlar əldə etdilər.


📍 Seminarın əsas mövzuları:


• İstehsalat avadanlıqlarında texniki nasazlıqların aşkarlanması və aradan qaldırılması


• Təmir və bərpa prosesləri


• Uyğun ehtiyat hissələrinin seçilməsi üsulları


• Effektiv texniki baxım və istismar qaydaları


• İstehsalat mühitində təhlükəsizlik prinsipləri


Seminar zamanı iştirakçılarla birlikdə müzakirələr aparıldı və praktiki biliklər möhkəmləndirildi.


Bu faydalı və dəyərli seminar üçün Şəmistan Məlikzadəyə təşəkkür edirik! 💙


Elanlardan daha aktiv şəkildə xəbərdar olmaq üçün səhifəmizi izləməyi və WhatsApp/Telegram qruplarımıza qoşulmağı unutmayın!