Azərbaycan Mühəndislər Birliyinin "Üzvlük Proqramı" çərçivəsində Mexanika mühəndisliyi üzrə keçirilən "MEP layihələrinin idarəedilməsi, planlaşdırılması və onların icrası" seminarı uğurla başa çatdı!
Seminar zamanı iştirakçılara MEP (Mexanika, Elektrik, Santexnika) sistemləri və layihələri, onların effektiv planlaşdırılması və mərhələləri, tikinti və quraşdırılma prosesində idarəedilməsi, investisiya və büdcə planlaması, həmçinin keyfiyyət və təhlükəsizlik standartlarına nəzarət haqqında ətraflı məlumat verildi.
📌 Müzakirə olunan əsas mövzular:
🔹 MEP (Mexanika, Elektrik, Santexnika) sistemlərinə və layihələrinə giriş
🔹 MEP layihələrinin effektiv planlaşdırılması və mərhələləri
🔹 Tikinti və quraşdırılma prosesində MEP sistemlərinin idarəedilməsi
🔹 Layihələrin idarə edilməsində investisiya və büdcə planlaması
🔹 MEP layihələrində keyfiyyət və təhlükəsizlik standartlarına nəzarət
🔹 Layihə üzərindən praktiki nümunələr və real keyslər
💡 Seminar çərçivəsində interaktiv müzakirələr aparıldı, iştirakçıların sualları cavablandırıldı və mövzu ilə bağlı bilik və təcrübə mübadiləsi həyata keçirildi.
🎓 Seminarın sonunda iştirakçılara sertifikatlar təqdim olundu. Bütün iştirakçılara fəal iştirakına görə təşəkkür edirik!
Bu dəyərli və peşəkar təqdimat üçün təlimçimiz Rəsul Abbasova təşəkkür edirik! 💙
Elanlarımızdan daha aktiv şəkildə xəbərdar olmaq üçün səhifəmizi izləməyi və WhatsApp/Telegram qruplarımıza qoşulmağı unutmayın!
November 23, 2026 - Paylaşdı: Admin