[email protected] +994 99 303 07 01
October 08, 2023 - Paylaşdı: Admin

"Məktəblisən Mühəndissən" adlı maarifləndirici tədbir keçirilmişdir

8 may tarixində "Azərbaycan Mühəndislərin İnkişafına Dəstək İctimai Birliyinin" WomEnginering layihəsinin təşkilatçılığı və Norm ASC-nin dəstəyi ilə Tovuz rayonunun Gənclərin İnkişaf və Karyera Mərkəzində "Məktəblisən Mühəndissən" adlı maarifləndirici tədbir keçirilmişdir.
Tədbirdə şagirdlərin ixtisas seçimində diqqət etməli olduqları məqamlar və ixtisas seçimindən sonra karyera yolu və eyni zamanda müasir dövrün ən önəmli sahələrindən olan mühəndislik peşəsi haqqında təqdimatlar təqdim olundu.
Spikerlər tərəfindən Mühəndislik peşəsi üzrə uğurlu karyera qurmaqları adına məsləhətlər verilmişdir.
İctimai Birliyin Həmtəsisçisi İskəndər Axundov birlik haqqında, Ayşən Hətəmli isə birliyin nəznində fəaliyyət göstərən "WomEngineering" haqqında və NORM ASC şirkətində karyera mövzularında geniş məlumat vermişdilər.
Tədbirin sonunda bilik olimpiyadası keçirilmiş və qalib komandalar hədiyyələrlə mükafatlandırılmışdır.
Tədbir maraqlı və faydalı keçmişdir. Təşkilatı dəstəyə görə @tovuzgencleri_ Tovuz Gənclərin İnkişaf və Karyera Mərkəzinin nümayəndəliyinə və könüllülərinə, NORM ASC-yə və iştirak edən hər bir kəsə Birlik adından dərin minnətdarlığımızı bildiririk.