Azərbaycan Mühəndislər Birliyi, Şamaxı regional "ASAN xidmət" mərkəzi, Azərbaycan Respublikasının Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi, Dağlıq Şirvan Regional Təhsil İdarəsi, Dünya İqtisadi Forumunun "Global Shapers Community Shamakhi Hub”-ın birgə təşkilatçılığı ilə Azərbaycanın müstəqil enerji sisteminin yaradıcısı, "Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü" münasibətilə 2023-cü il 6 və 7 may tarixlərində Şamaxı regional "ASAN xidmət" mərkəzində yerləşən ASAN Təlim Mərkəzində "Məktəblilərin alternativ enerji mənbələri" adlı düşərgə təşkil olunacaqdır.
📌İki günlük düşərgədə Şamaxı, Ağsu, İsmayıllı və Qobustan rayonlarında təhsil alan sonuncu sinif şagirdlər üçün alternativ enerji sahələrində interaktiv təlimlər və məktəblilər arasında komandalarla iş keçiriləcəkdir.
#azmiib