[email protected] +994 99 303 07 01
October 09, 2023 - Paylaşdı: Admin

"Mühəndislə Söhbət" layihəsinin daha bir görüşü

Azərbaycan Mühəndislər Birliyinin "Mühəndislə Söhbət" layihəsinin daha bir görüşü keçirilib.
UFAZ-da keçirilən görüş zamanı mühəndislər İsrafil Cəbrayılov, Güllü Əhmədova, İsmayıl Əkbərov iştirakçıların suallarını cavablandırıb, mövzular ərafında fikir mübadiləsi aparıblar. İnteraktiv keçən görüş iki mərhələli olmaqla Completion, Drilling, Cementing mövzularını əhatə edən texniki hissədən və ümumən kariyera planlamlasını əhatə edən yumşaq bacarıqların formalaşdırılması, müsahibə proseslərinə hazırlıq, magistr seçimləri və müraciət qaydalarından və s. ibarət olub.
Görüşün keçirilməsi üçün göstərdiyi dəstəyə və yaratdığı şəraitə görə UFAZ rəhbərliyinə təşəkkürümüzü bildiririk.
Təlim, seminar, mühəndislərlə görüşdən daha tez xəbərdar olmaq üçün Telegram və Whatsapp qruplarımıza qoşula bilərsiniz. Qrup linkləri üçün şərh bölməsinə + yaza bilərsiniz, linklər mesaj bölmənizə göndəriləcək.